SON XƏBƏRLƏR

Güneyli məhbus barədə yeni cinayət işi açılıb

2022.08.10, 06:27
Güneyli məhbus barədə yeni cinayət işi açılıb

Gunaz.tv

İyulun 15-i axşam saatlarında Qəzvinin Məhəmmədiyyə şəhərində özünün şəxsi evində həbs edilən ictimai fəala qarşı yenidən "sosial mediada qanunlara zidd paylaşımlar və hökumət əleyhinə təbliğat" ittihamı irəli sürülüb.

Məhəmmədrza Muradbehruzi həbs edildikdən bu günə kimi ailəsi ilə görüş və vəkillə təmin olunmaq hüququndan istifadə edə bilmir.

Qeyd edək ki, bundan öncə iyulun 13-ü axşam saatlarında Məhəmmədrza Muradbehruzinin həyat yoldaşı, mədəni fəal Suru Babayi Çigəni də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Suru Babayinin həbsinin səbəbi "məcburi hicaba yox" kampaniyasına qatılması və həyat yoldaşı Məhəmmədrza Muradbehruzi ilə birlikdə sosial mediada video paylaşması olub.

22 avqust 2021-ci ildə sosial mediada Məhəmmədrza Muradbehruzinin mülki geyimli təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparıldığını əks etdirən video yayılmışdı.

Sonradan ictimai fəalın Əli Xameneyi barədə tənqidi videolar paylaşdığı üçün saxlanıldığı məlum oldu.

Muradbehruzi paylaşdığı videolarda bilgisi olmadığı halda pandemiyanı əhəmiyyətsiz adlandıran və vaxtında ölkəyə peyvəndin gətirilməsinə icazə verməyən Əli Xameneyini tənqid edir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar