SON XƏBƏRLƏR

"Evin" həbsxanasında saxlanılan güneyli məhbus xanımın durumu ağırlaşıb

2021.12.17, 10:00
"Evin" həbsxanasında saxlanılan güneyli məhbus xanımın durumu ağırlaşıb

Gunaz.tv

Onun həbsxanadan “Taliqani” xəstəxanasına köçürüldüyü bildirilir. 

Bu barədə sinfi fəalın yaxınları məlumat yayıb. Məlumata görə, bundan öncədə sağlıq durumunda ciddi problemlər yaranan Zeynəb Həmrəng dekabrın 15-də qan təzyiqinin qalxması səbəbindən xəstəxanaya aparılıb. 

50 yaşlı Zeynəb Həmrəng Ərdəbil əyalətinin Muğan bölgəsindəndir.

O, həbs olunana qədər Tehran şəhərində yaşayıb. 

Müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb. 

Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib. 

O, müxtəlif xəstəliklərdən, o cümlədən yüksək qan təzyiqi, böyrək çatışmazlığından əziyyət çəkir. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar