SON XƏBƏRLƏR

Urmu zindanında işçi hərəkatının fəalı Valeh Zamaniyə təzyiq edilir

2022.06.22, 04:49
Urmu zindanında işçi hərəkatının fəalı Valeh Zamaniyə təzyiq edilir

Gunaz.tv

Valeh Zamani iyunun 30-da Tehranın Evin zindanından ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı təzyiqlərə məruz qaldığını deyib.

O, kiminləsə görüşünə icazə verilmədiyini, vəkil tutmaq haqqından məhrum edildiyini və barəsində irəli sürülən qondarma ittihamları qəbul etmədiyi təqdirdə yenidən zindanın 240 nömrəli təhlükəsizlik bölməsinə təkadamlıq kameraya qaytarılacağı ilə bağlı hədələndiyini bildirib.

Zamani özünü günahkar hesab etmədiyini deyərək, istənilən təzyiqlər qarşısında saxta ittiham aktına qol çəkməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, saxlanıldığı zaman xəstəliyi ilə bağlı sənədlərin və həkim arayışlarının üzərində olmasına baxmayaraq dərmanlarının əldə edilməsinə imkan verilməyib.

Valeh Zamani bundan öncə 15 iyun tarixində ailəsi ilə qısa müddətli telefon danışığı zamanı mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürüldüyünü bildirib. 

 Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar