SON XƏBƏRLƏR

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023.03.22, 10:14
Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

Gunaz.tv

Birləşmiş Millətlər Təşkilat (BMT) İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasında "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti güneyli məhbuslarla, o cümlədən siyasi məhbus Pərviz Siyabi ilə bağlı BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmana məlumat verib.

Qeyd edək ki, Pərviz Siyabi Xuzistan ərəblərinin su qıtlığı ilə bağlı etirazlarına dəstək verdiyi üçün 25 iyul 2021-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək" də ittiham edilir.

Siyabi həmçinin həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da,  “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar