SON XƏBƏRLƏR

Güneyli müəllim Əhər zindanına köçürülüb

2022.08.10, 08:41
Güneyli müəllim Əhər zindanına köçürülüb

Gunaz.tv

Yaşar bəy özünün sosial media hesabında atasının avqustun 9-da Əhər zindanına köçürüldüyünü yazıb.

Qeyd edək ki, avqustun 1-də Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.

Onun həbs edildiyi zaman evində qanunsuz axtarış aparılıb, 500 cild kitab, telefon, kompüter və ailə üzvlərinin pasportlarının müsadirə edilib.

Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.

Müəllim Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar