SON XƏBƏRLƏR

Güneyli müğənni Daryuş İqbali iranlıları BMT qarşısında aksiyaya çağırıb-VİDEO

2022.09.06, 04:48
Güneyli müğənni Daryuş İqbali iranlıları BMT qarşısında aksiyaya çağırıb-VİDEO

Gunaz.tv

Müğənni BMT-nin Baş Assambleyasının sentyabrın 20-də keçiriləcək iclasında iştirak etmək üçün İran prezidentinə viza verilməməsi tələbi ilə toplaşmağı istəyib.

Daryuş İqbali İrandakı yoxsulluq, məcburi hicab və bütün azadlıqların aradan aparılmasını xatırladaraq, İbrahim Rəisinin BMT-nin Baş Assambleyasının toplantısında olmasını xoşagəlməz hadisə adlandırıb.

"Ümid edirəm ki, bir gün məmləkətimiz azad olacaq və 43 ildir zindana çevrilmiş ölkəmiz qurtulacaq"-deyə, İqbali konsertindən öncə çıxışında bildirib.

Qeyd edək ki, avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.

Məktubda İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini istəyiblər.

Bundan öncə avqustun 2-də Amerika prezidenti Co Baydenə göndərdikləri məktubda yeddi respublikaçı senator ondan İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün viza tələbinə qarşı çıxmasını istəyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar