SON XƏBƏRLƏR

Güneyli müğənni iranlılara çağırış edib: "İbrahim Rəisinin BMT toplantısında iştirakına etiraz edin"

2022.09.14, 09:52
Güneyli müğənni iranlılara çağırış edib: "İbrahim Rəisinin BMT toplantısında iştirakına etiraz edin"

Gunaz.tv

O, İranda insan haqları pozuntularının, edamların çoxaldığını, azad düşüncə və sözə qarşı basqıların artdığını və bununla yanaşı 1988-ci ildə siyasi məhbusların kütləvi edamında roluna görə, İbrahim Rəisinin BMT-nin toplantısında çıxışının üzücü olduğunu deyib.

"Mən bir siyasi şəxs kimi deyil, bir sənətçi kimi sizdən xahiş edirəm. Fikrimcə yalnız Nyu Yorkda etiraz etmək yetərli deyil. Bu aksiyalar Amerikanın bütün əyalətlərində keçirilməlidir"-deyə, İqbali Rəisinin timsalında İran hökumətinə qarşı geniş aksiyalara çağırıb.

Bundan bir neçə gün öncə Daryuş İqbali oxşar çaırış edərək qaçqınların İranprezidentinə qarşı mütəşəkkil aksiya keçirmələrini xahiş etmişdi.

Qeyd edək ki, avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.

Məktubda İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini istəyiblər.

Bundan öncə avqustun 2-də Amerika prezidenti Co Baydenə göndərdikləri məktubda yeddi respublikaçı senator ondan İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün viza tələbinə qarşı çıxmasını istəyiblər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar