SON XƏBƏRLƏR

"Bahalıq, inflyasiya tüğyan edir"-Güneyli millət vəkili hökuməti tənqid etdi

2023.02.13, 14:14
"Bahalıq, inflyasiya tüğyan edir"-Güneyli millət vəkili hökuməti tənqid etdi

Gunaz.tv

Millət vəkili hökumətin iqtisadi məsələlərlə bağlı parlamentə heç bir konkret və aydın proqram təqdim etmədiyini bildirib.

Onun sözlərinə hörə hökumət üzvləri müxtəlif sahələrdə şifahi şəkildə dedikləri eyni şüarları təkrar edirlər.

"Artıq xalqın qarşısına çıxmağa üzümüz yoxdur. Vətəndaşlarla danışmağa söz tapmırıq. Bahalıq, inflyasiya tüğyan edir.

Məsullar isə özlərini bilməməzliyi vurub, laqeydlik göstərirlər",-deyə, millət vəkili bildirib.

Qulamr Nuri Qızılca yeni büdcəsinin acınacaqlı vəziyyətdə olduğunu deyib və bunu durğunluğa gətirib çıxaracaq inflyasiya büdcəsi adlandırıb.

"Nəyəsə ümid etməyə dəyməz, bu büdcə praktiki olaraq heç bir göstəricini yaxşılaşdırmayacaq", - Bostanabadın nümayəndəsi xəbərdarlıq edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar