SON XƏBƏRLƏR

"İnternetə qadağa mənfi nəticələr doğuracaq"-Millət vəkili

2022.07.06, 08:07
"İnternetə qadağa mənfi nəticələr doğuracaq"-Millət vəkili

Gunaz.tv

O, statistikalara əsaslanaraq iranlıların təxminən 80%-nın telefonlarında antifiltrlər və VPN quraşdırdığnı, bu rəqəm Avropa Birliyi ölkələrində 10%-dən aşağı olduğunu deyib.

"Bunun mənası nədir? Bu gün uşaqlar bir çox normal proqramlardan yararlanmaq üçün filtr breaker və "VPN"-dən istifadə etməli olurlar. Bu proqram uşağınızın telefonuna quraşdırıldıqda, hətta xarici ölkələrdə belə qeyri-etik sayıldığı üçün filtr olunan saytlara daxil ola bilərlər"-deyə, güneyli millət vəkili hökumətin internetə məhdudiyyət tətbiq etməsinin əks nəticələr verdiyini bildirib.

Nuri Qızılca deyib ki, hökumət bu yollara əl atmaqla iddia olunanların tərsinə olaraq ölkədə uşaqların əxlaq və etikasının pozulmasına səbəb olur.

Bundan öncə İranda internetə nəzarət qanun layihəsinin hazırlanmasından sonra bir neçə azərbaycanlı milət vəkili, o cümlədən Qulamrza Nuri Qızılca buna etiraz edib.

“İnternet və sosial mediaya nəzarəti təklif edən şəxsin özlərinə nəzarət edə bilmirlər.

Bu layihəni irəli sürən ortaya çıxıb və bunu əsaslandırıb nə istədiyini açıqlasın. Bu layihə xalqın azadlıqlarını daha da azaltmaq deməkdir.

Bu qəbul olunarsa artıq Rabitə Nazirliyinə ehtiyac olmayacaq və bu avtomatik olaraq nazirliyin ləğvi deməkdir”-deyə, Nuri Qızılca radikal həmkarlarının mövqeyini sərt tənqid etmişdi.

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar