SON XƏBƏRLƏR

"İranda "Whatsapp" və "İnstagram" bağlana bilər"-Millət vəkili

2022.06.28, 07:14
"İranda "Whatsapp" və "İnstagram" bağlana bilər"-Millət vəkili

Gunaz.tv

İranda hökumətin bir müddətdir irəli sürdüyü "sosial şəbəkə istifadəçilərinin hüquqlarının müdafiəsi qanunu"nun qəbulu ilə ölkədə "Whatsapp" və "İnstagram" bloklana bilər.

Bu barədə İran parlamentinin 44-cü prinsip komissiyasının sədr müavini Qulamrza Nuri Qızılca məlumat verib.

Onun sözlərinə görə, keçən həftə İranın Ali Kiberməkan Şurasının qanun layihəsi ilə bağlı qəbul etdiyi qərardan da şikayət etmək imkanı yoxdur. 

Nuri əlavə edib ki, əvvəllər Ali Kiberməkan Şurasının iclasları, rəyləri və səsverməsinin şəffaf keçirilməsini parlamentə təklif etsə də, buna müsbət cavab verməyiblər.

"Sözügedən qanunun qəbulu ilə bağlı müzakirələr elə bir mövqedədir ki, nəticənin necə olacağı bizim üçün qaranlıq və naməlumdur. Çünki proses toxunulmaz və sorğulanmaz xarakter alıb. Amma inanırıq ki, bunu xalqa etməzlər", - deyə deputat fikrini tamamlayıb. 

Qeyd edək ki, Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı dünyada media azadlığının reytinqini açıqladığı hesabatda İranın dünyanın 180 ölkəsi arasında 178-ci yerdə olduğunu bildirib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar