SON XƏBƏRLƏR

Güneyli millət vəkili vali təyinatının gecikdirlməsini qınadı

2021.10.20, 07:36
Güneyli millət vəkili vali təyinatının gecikdirlməsini qınadı

Gunaz.tv

O, valilərin, hökumət məmurlarının və nazirliklərin parlament sədri müavinlərinin təyin olunmasında baş verən gecikmələri qınayb.

"Bu gecikmələr məsuliyyətlərin həyata keçirilməsində qeyri-müəyyənliyə səbəb olub. Xüsusilə Şərqi Azərbaycan əyalətində bu gecikmədən irəli gələn qeyri-müəyyənliklər daha çox hiss olunur”-deyə, millət vəkili bildirib.

Hüseyn Hatəmi Xudafərin və Horand bölgələrində səhiyyə sisteminin bərbad olduğunu qeyd edərək, İran Səhiyyə nazirliyinə xitabən deyib ki, adı çəkilən bölgələrdə ən ilkin səhiyyə xidmətləri belə mövcud deyildir.

O, həmçinin Rabitə nazirinə Kəleybər, Horand və Xudafərin şəhərlərində rabitə infrastrukturu, internetin və hətta ev telefonlarının normal səviyyədə olmadığını və əyalət kvorumundan daha aşağı olduğunu xatırladıb.

“Əlbəttə insan texnologiyasının ən son variantının SMS olduğunu düşünən Rabitə naziri bilməlidir ki, bölgəmizdə SMS göndərmək belə mümkün deyil”-deyə, Rabitə nazirinin başçılıq etdiyi sahə ilə bağlı bilgisiz olduğuna işarə edib.

Millət vəkili bundan öncə Təbrizin “Traxtur” futbol klubuna qarşı olan ayrı-seçkiliyi tənqid edib. O,  Tehran klublarına dəstək verildiyini, lakin  “Traxtur"a qarşı diqqətsiz yanaşıldığını bildirib.

“Azərbaycan mədənlərinin zəngin ehtiyatlarından “Traxtur” klubuna maliyyə yardımı ayırın. Əks halda İdman naziri və Sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment məsələsini qaldıracağam”-deyə, bundan öncəki çıxışında millət vəkili xəbərdarlıq etmişdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar