SON XƏBƏRLƏR

İranda internetə nəzarət haqqında qanun layihəsi narazılıq doğurdu

2022.03.05, 09:40
İranda internetə nəzarət haqqında qanun layihəsi narazılıq doğurdu

Gunaz.tv

Azərbaycanlı nümayəndələrin çoxunun gerici qanun layihəsinə qarşı çıxmalarına baxmayaraq, Şərqi Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki nümayəndəsi sosial medianın cəmiyyət üçün ziyanlı olduğunu deyib.

“Kiberməkan dağıdıcı daşqına bənzəyir və onun qarşısı alınmadığı təqdirdə cəmiyyətə ciddi ziyan vuracaq.

Düşmən indi evlərdə səngər tikib və hazırda parlamentdə düşmənin şeytani planlarının qarşısını almaq üçün nəzərdə tutulan qanun layihəsi düzgün dəyərləndirilməlidir"-deyə, Şəbistərin nümayəndəsi Cəfər Rasti bildirib.

Şərqi Azərbaycanın Ocan (Bostanabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Əlirza Nuri Qızılca isə məsələ ilə bağlı açıqlamasında “internet və sosial mediaya nəzarəti təklif edən şəxsin özünə nəzarət edə bilmədiyini” deyib.

“Bu layihəni irəli sürən ortaya çıxıb və bunu əsaslandırıb nə istədiyini açıqlasın .Bu layihə xalqın azadlıqlarını daha da azaltmaq deməkdir. Bu qəbul olunarsa artıq Rabitə Nazirliyinə ehtiyac olmayacaq və bu avtomatik olaraq nazirliyin ləğvi deməkdir”-deyə, Nuri Qızılca radikal həmkarlarının mövqeyini sərt tənqid edib.

Təbriz, Üskü və Tufarqan şəhərlərinin nümayəndəsi Əhməd Əlirzabəygi isə daha sərt mövqe sərgiləyib və bu layihəni müzakirəyə çıxanları konstitusiyanın əsaslarını pozduqlarını deyib.

“Birgə Komissiyanın rəyasət heyəti nümayəndələrə münasibətdə hilə işlədib. MənBirgə Komissiyaya qəbul etməkdən imtina edib və dedilər ki, burada sizə yoxdur!”-deyə, Təbrizin nümayəndəsi qanun layihəsini hazırlayanların xalqın istəklərini nəzərə almadıqlarını söyləyib.

Qanun layihəsinə görə, yuxarıda adları çəkilən sosial media qurumlarında paylaşım edən və ya onlarla əməkdaşlıq edən şəxslər "İslam Cəza Qanunu"na görə mühakimə olunacaq.

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən  Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Xatırladaq ki, Əli Xamneyi də daxil olmaqla İranın bir çox yüksək vəzifəli şəxslərinin "tvitter"-də bir neçə hesabı var.

Bəzi İran rəsmiləri tvitterdə əhəmiyyətli dərəcədə aktivlik nümayiş etdirirlər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar