SON XƏBƏRLƏR

Güneyli milli fəal Nadir Sadiqiyanın məhkəməsi olub

2021.11.02, 10:02
Güneyli milli fəal Nadir Sadiqiyanın məhkəməsi olub

Gunaz.tv

Bu barədə N. Sadiqiyanın vəkili Əsgər Məhəmmədi məlumat verib.

Onun sözlərinə görə, milli fəal “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də ittiham olunur.

Bundan öncə Nadir Sadiqiyan oktyabrın 23-də hakim Rəhim Həmlbərin başçılıq etdiyi Təbrizin İnqilab Məhkəməsinin 1-ci bölməsində mühakimə edilib. 

Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb.

O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar