SON XƏBƏRLƏR

Güneyli milli fəal Əli Şahi bəraət alıb

2022.01.13, 14:02
Güneyli milli fəal Əli Şahi bəraət alıb

Gunaz.tv

Bu barədə Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin Sabir Cəfərinin başçılıq etdiyi 1-ci bölməsi tərəfindən göndərilən bildirişdə qeyd olunur.

Sənəddə Əli Şahinin bundan öncə barəsində açılan cinayət işində əks olunan ittihamlardan bəraət aldığı bildirilib.

Bundan öncə ərdəbilli yazıçı və milli fəala qarşı Ərdəbil polisinin təhlükəsizlik bölməsinin şikayəti əsasında cinayət işi açılıb və o “ana dili məzmunlu türkcə klip çəkməklə sistemə qarşı təbliğatda və hökumətə müxalifətdə” ittiham olunub.

“Mənsiz qalan dağlar” romanının müəllifi, yazıçı Əli Şahi 28 avqustda təhlükəsizlik məmurları tərəfindən Ərdəbildəki evində həbs olunub.

Təhlükəsizlik qüvvələri milli fəalı həbs edərkən evində axtarış aparıb bəzi şəxsi əşyalarını o cümlədən mobil telefonunu və kompüterini müsadirə etmişdilər.

Qeyd edək ki, Əli Şahi Muğanın Biləsuvar şəhərində anadan olub, Ərdəbildə yaşayır və 3 övlad atasıdır.

 C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar