SON XƏBƏRLƏR

Vədud Əsədidən xəbər yoxdur: Milli fəalın harada saxlanıldığı bilinmir

2021.11.02, 17:46
Vədud Əsədidən xəbər yoxdur: Milli fəalın harada saxlanıldığı bilinmir

Gunaz.tv

Qeyd edək ki, Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədi təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

Dörd gün müddətində fəalın yaxınlarının bütün səylərinə baxmayaraq, rəsmi qurumlar onun harada saxlanıldığı və nədə ittiham edildiyi barədə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Vədud Əsədi oktyabrın 30-ü, axşam saat 19.00 radələrində yaşadığı mənzildə təhlükəsizlik məmurlarının basqını nəticəsində həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə arayışı təqdim etməyən məmurlar Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb. 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz, Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak etdiyinə görə 13 gün müddətinə saxlanılmışdı.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar