SON XƏBƏRLƏR

Güneyli milli fəallar ETTELAAT tərəfindən təhdid edilir

2022.09.16, 09:05
Güneyli milli fəallar ETTELAAT tərəfindən təhdid edilir

Gunaz.tv

Bu barədə Güney azərbaycanlı fəallar və sosial media istifadəçiləri məlumat verib.

Məlumata görə, son bir neçə gün ərzində İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölmələri milli fəallara zəng edərək onları təhdid edir və bölmələrə çağırır.

Fəallar bunun son vaxtlar Azərbaycanın 15 şəhərində Urmu gölü ilə bağlı aksiyaların keçirilməsi, poster, plakat və göldə ekoloji faciəni əks etdirən yazılı vərəqələrin yayılması ilə bağlı olduğunu bildirirlər.

Qeyd edək ki, milli və çevrə fəalları bildirişlər yayaraq Urmu gölü ilə bağlı sentyabrın 17-də günortadan sonra saat 18:00-da şəhərin "Şəhid Kəlantəri" körpüsü ətrafında aksiyaya çağırıblar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar