SON XƏBƏRLƏR

Güneyli rejissor Xoy zəlzələsi ilə bağlı çağırış etdi

2023.01.30, 14:28
Güneyli rejissor Xoy zəlzələsi ilə bağlı çağırış etdi

Gunaz.tv

Rejissor zəlzələ baş verən bölgədə durumun ağır olduğunu, yetərli çadır, istilik avadanlığı və başqa ləvazimatın olmadığını bildirib.

O, hakimiyyət orqanlarının fəaliyyətinin yetərsiz olduğuna toxunaraq, azərbaycanlılardan mümkün qədər vacib ehtiyacların ödənilməsi üçün yardım etmələrini xahiş edib.

"Havaların soyuq keçməsi və qar yağmasının yaratdığı şəraitə uyğun olaraq zəlzələdən zərər çəkən Xoy əhalisinin təcili olaraq istilik cihazları ilə təchiz olunmuş müvəqqəti sığınacaqlara ehtiyacı var.

Sözsüz ki, sığınacaqlar, istilik qurğuları olmasa, zəlzələdən zərər çəkmiş insanların həyatı çox çətin olacaq və biz bu ərazilərdə daha geniş yayılmış böhranların şahidi olacağıq.

Buna görə də, səlahiyyətlilərin bir plan düşünməsi və Xoy əhalisinin vacib ehtiyaclarını mümkün qədər tez təmin etməsini tələb edirik",- Məhəmməd Əlimuradi bildirib. (Axar.az)

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar