SON XƏBƏRLƏR

"Həyat yoldaşımı İran hökuməti girov götürüb"-Siyasi məhbus Arəş Cohəri açıq məktub yazdı

2022.01.13, 07:55
"Həyat yoldaşımı İran hökuməti girov götürüb"-Siyasi məhbus Arəş Cohəri açıq məktub yazdı

Gunaz.tv

Hal-hazırda Tehranın Evin zindanında 16 illik həbs cəzasını çəkən sinfi fəal bununla bağlı açıq məktub yazıb.

“Həyat yoldaşım hökumətin girov götürmə siyasətinin qurbanı olub. Təhlükəsizlik məmurları həyat yoldaşıma qarşı cinayət işi açaraq mənə təzyiq göstərmək niyyətindədirlər”-deyə, Cohəri qeyd edib.

O, məktubunda saxlanıldığı zaman təhlükəsizlik məmurlarının özünə və ana dilinə qarşı təhqir dolu ifadələr işlətdiklərini, istinatqda məcburi etiraf verməyə razı olmadığı zaman həyat yoldaşına qarşı cinayət işi açılacağı ilə hədələndiyini yazıb.

Arəş Cohrəninin həyat yoldaşı Şadi Gilək yanvarın 8-də bir illik həbs cəzasını çəkmək üçün zindana aparııb.

Bundan öncə 2021-ci ilin noyabr ayının sonunda Arəş Cohərinin anası videomüraciət yayaraq ailəsinə qarşı təzyiq göstərildiyini bildirmişdi.

Məhbusun anasının bildirdiyinə görə, bundan öncə Tehran məhkəmə sisteminin başçısı zindanda Arəş Cohəri də daxil olmaqla məhbuslarla görüş keçirib. Başçı onlara deyib ki, məzuniyyətə buraxılmaq üçün ailələri müraciət etməlidir.

Muğanlı məhbusun anası sosial mediada yayınlanan görüntülü açıqlamasında bildirib ki, məhkəmə başçısının vədləri yerinə yetirilməyib və o iki aydır hər həftə Muğandan Tehrana gəlməsinə baxmayaraq, oğlunun məzuniyyətə buraxılması ilə bağlı nəticə əldə edə bilməyib.

“İki aydır Tehrana gəlir, nazir və başqa əlaqədar qurumlara müraciət edirəm. Hər dəfə qarşıdakı həftə müraciə elə deyib məni geri qaytarırlar. Son müraciətimdə isə Arəşin məzuniyyətə buraxılmasına razılıq verilmədiyini dedilər”-deyə, sinfi fəalın anası bildirib.

Qeyd edək ki, güneyli fəal 5 oktyabr 2020-ci ildə saxlanılaraq istintaq təcridxanasının təkadamlıq kamerasına köçürülüb.

Arəş Cohəri istintaq bitdikdən sonra girov qarşlığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmaq əvəzinə bir başa zindana göndərilib və barəsində 16 il həbs cəzasının çıxarıldığı elan olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar