SON XƏBƏRLƏR

Güneyli uşağa 15 aydan sonra şəxsiyyət vəsiqəsi verilib

2022.04.11, 13:12
Güneyli uşağa 15 aydan sonra şəxsiyyət vəsiqəsi verilib

Gunaz.tv

İran Qeydiyyat İdarəsi adə türk dilində olduğu üçün şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişdi.

Bundan öncə Sevginin atası sosial mediada paylaşımlar edərək məsələni ictimailəşdirmiş və Qeydiyyat İdarəsinin türk adına şəxsiyyət vəsiqəsi verməməsinə etiraz etmişdi.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar