SON XƏBƏRLƏR

Güneyli vəkil və əməkdaşları barədə həbs qərarı təsdiq olunub

2022.08.16, 13:00
Güneyli vəkil və əməkdaşları barədə həbs qərarı təsdiq olunub

Gunaz.tv

Onların 10 ildən çox həbs cəzasına məhkum edilmələri ilə yanaşı ictimai və peşə fəaliyyətlərinin də məhdudlaşdırılmasına qərar verilib.

Mustafa Nili, Mehdi Mahmudiyan və Arəş Keyxosrəvi "təhlükəsizliyi pozmaq məqsədi ilə hökumətə qarşı qrup yaratmaq və sistem əleyhinə təbliğat" ittihamı, Məjəmmədrza Fəqihi və Məryəməfrəfraz isə "hökumətə müxalif qruplara üzv olmaq" ittihamı ilə mühakimə olunmuşdular. 

Bundan öncə 2021-ci il avqustun 14-də Güney azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və vəkil əməkdaşları Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunublar.

Onlar iki həftə təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.

Güneyli vəkil və onun əməkdaşları isə Xameneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə edib.   

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar