SON XƏBƏRLƏR

Güneyli vəkil və əməkdaşlarının məhkəmə iclası keçirilib

2022.04.18, 07:52
Güneyli vəkil və əməkdaşlarının məhkəmə iclası keçirilib

Gunaz.tv

Məhkəmə iclasında birinci instansiya hakimi iş üzrə təqsirləndirilən şəxslərin ittihamını dəyişərək “milli təhlükəsizlik əleyhinə cinayət törətmək üçün sui-qəsd” ittihamı ilə əvəz edib. 

Bununla da “qrup yaradaraq hökumət əleyhinə təbliğat fəaliyyətləri” başlığı altında əvvəlki ittiham ləğv olunub və bildirilib ki, bütün ittihamlar yeni ittiham adı altında araşdırılacaq.

Bundan öncə 2021-ci il avqustun 14-də güney azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydəri, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazi Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunublar.

Onlar iki həftə təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Əli Xamneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.

Güneyli vəkil və onun əməkdaşları isə Xamneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə edib.   

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar