"Güneylilər olaraq Prezident İlham Əliyevin arxasındayıq"-Əhməd Obalı

07.12.2022, 20:38

“Heç bir lider Prezident İlham Əliyev qədər şücaətli, dəqiq deyil. O, açıq şəkildə İranın cənubi azərbaycanlılara qarşı zülmünü dilə gətirib”.

Gunaz.tv Quote | Gunaz article

Bunu “İran yeni baxış bucağında” adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”nin rəhbəri Əhməd Obalı deyib.

Əhməd Obalı Azərbaycanın çətin regionda yerləşdiyini bildirib: “Prezident İlham Əliyevin İrana bircə siyasi savaş elan etmədiyi qalıb. 

Nə qədər ki, biz zülm altındayıq, İran bizim ərazimizdən istifadə edəcək, Ermənistana dəstəyi çox olacaq, həm də biz Azərbaycan üçün ağrılı bir məsələ olacağıq”.

Əhməd Obalı Prezident İlham Əliyevin İranın məsələlərinə müdaxilə etmədiyini, insan haqlarından, ana dilində təhsildən və təhlükəsizlikdən danışdığını vurğulayıb: “BMT Nizamnaməsi hər bir xalqın öz müqəddəratını təyin etmə haqqını tanıyır. 

Bu şərait bəlkə də bir daha ələ düşməyəcək - Rusiyanın vəziyyəti, Azərbaycan-Türkiyə, Türkiyə-İsrail və İsrail-Səudiyyə Ərəbistanı arasında ciddi yaxınlaşmalar, İranın təklənməsi və ölkə daxilində də çalxalanmalar var”.

Əhməd Obalı İranın çabaladığını deyib. O, Cənubi Azərbaycanda yaşayanların Prezident İlham Əliyevin arxasında olduğunu diqqətə çatdırıb: “Biz demirik ki, Azərbaycan bizim azadlığımız üçün özünü təhlükəyə salsın. 

Etiraf edim ki, Prezident İlham Əliyevin birinci çıxışından sonra çox narahat olduq. Şimali Azərbaycan üçün biz yüz illər də sakit qalarıq, onun təhlükəsizliyi bizim üçün vacibdir. Biz öz gələcəyimiz üçün Azərbaycanı təhlükəyə salmarıq. 

Cənublular olaraq biz Prezident İlham Əliyevin arxasındayıq. Şimali Azərbaycanın güclənməsi bizi ruhlandırır. Biz Prezidenti dəstəkləyir, alqışlayırıq”,

Əhməd Obalı Prezident İlham Əliyevin son çıxışının fikirlərdə inqilab etdiyini, ümidlər yaratdığını əlavə edib.

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Şimali Koreya ilə əməkdaşlığı davam etdirəcək

2023-02-01

gun az article

İranda sünni din xadimi həbs edildi

2023-02-01

gun az article

Prezident: İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib

2023-02-01

gun az article

Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyənin şərtlərini açıqlayıb

2023-02-01

gun az article

ABŞ Ticarət Departamenti İranın 7 qurumunun adını qara siyahıya salıb

2023-02-01

gun az article

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyatı davam etdirib, 39 nəfər saxlanılıb

2023-02-01

gun az article

Britaniya kəşfiyyatı: Donbas xaricində ən intensiv atəşə tutulan şəhər Xersondur

2023-02-01

gun az article

Avstriya Hava Yolları Şirkəti Tehrana uçuşları dayandırdı

2023-02-01

gun az article

İran parlamentinin sədrindən Azərbaycana təhdid kimi xəbərdarlıq

2023-02-01

gun az article

İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

2023-02-01

gun az article

Zakir Həsənov Türkiyəyə səfər edəcək

2023-02-01

gun az article

Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir

2023-02-01

gun az article

İran hökuməti edam cəzasına məhkum edilmiş etirazçılara işgəncə verir

2023-02-01

gun az article

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2023-02-01

gun az article

Azərbaycan səfirliyinə hücumda istifadə edilən silah haradan gəlib?-Polis rəisinin yalanları

2023-01-31

gun az article

Türkiyəli general İranın yardımdan imtinası haqda: “Bu, insanlıq adına yolverilməzdir!”

2023-01-31

gun az article

Mövlud Çavuşoğlu: "Cənubi Qafqazda çoxtərəfli əməkdaşlıq davam edir"

2023-01-31

gun az article

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb

2023-01-31

gun az article

DTX səfirliyimizdə törədilmiş terrorla bağlı açıqlama yaydı, xəbərdarlıq etdi

2023-01-31

gun az article

Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilir

2023-01-31