İşçi hərəkatı fəallarının verdiyi məlumata görə, iyulun 17-də 15-25 il iş stajı olan 30 mədənçi öncədən xəbərdarlıq edilmədən işdən qovulub və onların mədən ərazisinə girişlərinə qadağa qoyulub.
Bununla yanaşı iyulun 16 və 17-də 15 mədənçi təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya köçürülüb.
Təhlükəsizlik idarəsinin əməkdaşları iyulun 5-də həbs edilən işçilərə zəng edərək bəzi izahatlar üçün idarəyə getmələrini istəmişdilər.
Qeyd edək ki, Süngün mis mədəninin işçiləri iyulun 5-dən tətilə başlayıblar.
İşçilər əmək təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyi üçün podratçılar tərəfindən istismar edildiklərini deyiblər.
Cavidan