SON XƏBƏRLƏR

Süngün mis mədənində yenidən aksiya keçirilib-VİDEO

2021.10.25, 11:12
Süngün mis mədənində yenidən aksiya keçirilib-VİDEO

Gunaz.tv

Narazı işçilər şirkət tərəfindən gecikdirilmiş əmək haqlarının verilməsini tələb ediblər.

Bundan öncə mədən işçiləri oktyabrın 4-dən başlayaraq 3 gün müddətinə tətil aksiyası keçirmişdilər.

Mədən və ona bağlı layihələrdə çalışan işçilərin bir çoxunun 15-20 il stajı var.

Lakin onlar 3 aylıq müqavilələr əsasında işlədilir və daima işlərini itirmək təhlükəsi ilə üzləşirlər.

Qısa müddətli müqavilələrlə çalışan və iş təminatı olmayan bu işçilər ən aşağı əmək haqqı alır, başqa imkanlardan və siğorta xidmətlərindən istifadə edə bilmirlər.

Hazırda tətil aksiyasına qoşulan işçilərin aylıq əmək haqqı 5-7 milyon tümən arasındadır.

Son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılır.

 Oktyabrın 7-də işçilərlə mis mədəninin rəhbərliyi arasında danışıqlar keçirilib.

Rəhbərlik sözügedən problemlərin həllinə söz verib.

Bundan sonra tətil aksiyası dayandırılıb. Lakin işçilər bildirib ki, verilən vədlər yerinə yetirlməsə yenidən tətil aksiyası başlayacaq.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar