SON XƏBƏRLƏR

Süngün mis mədəninin işçiləri tətilə başladı-VİDEO

2021.10.20, 07:36
Süngün mis mədəninin işçiləri tətilə başladı-VİDEO

Gunaz.tv

İşçilərin etirazı dözülməz iş şəraiti, əmək haqlarının aşağı olması, əmək təhlükəsizliyinin qorunmaması və digər problemlərlə bağlıdır.

Mədəndə işləyən və tətil aksiyasına qoşulan 500 işçi müxtəlif podratçı şirkətlər, o cümlədən “Acin”, “Neda”, “Mobin”, “Noavəran” və “Zohəl” şirkətləri vasitəsilə işə cəlb olunublar.

Bu işçilərin bir çoxu 15-20 il müddətinə mədəndə işləmələrinə baxmayaraq 3 aylıq müqavilələr əsasında işlədilir və daima işlərini itirmək təhlükəsi ilə üzləşirlər.

Onlar qısa müddətli müqavilələrlə çalışdıqları və iş təminatlarının olmadığı üçün ən aşağı əmək haqqı alır, başqa imkanlardan və siğorta xidmətlərindən istifadə edə bilmirlər.

Hazırda tətil aksiyasına qoşulan işçilərin aylıq əmək haqları 5-7 milyon tümən arasındadır. Son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılırlar.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar