SON XƏBƏRLƏR

Süngün mis mədəninin işçiləri tətil aksiyası keçirib

2022.06.13, 07:15
Süngün mis mədəninin işçiləri tətil aksiyası keçirib

Gunaz.tv

Bundan öncə dəfələrlə etiraz aksiyası keçirib və işi dayandıran mədənçilərə əmək haqlarının artırılması və gecikdirilmiş ödənişlərin veriləcəyi ilə bağlı bütün vədlər yalan çıxıb.

Martın 2-də oxşar problemlərlə bağlı aksiya keçirən mədənçilər bəyanat yayaraq qanuni istəklərinin yerinə yetirilmədiyini bildirmişdilər.

“Sungun mis mədəninin işçilərinin qanuni tələblərinin təsdiqlənməsinin üstündən altı ay keçməsinə baxmayaraq, əmək haqqı və müavinətlərdə hələ də artım yoxdur. Əyalət və mədən məsulları aylıq və həftəlik vədlər verməkdə davam edir”-deyə, işçilərin bəyanatında qeyd olunmuşdu.

Qeyd edək ki, Vərziğanın Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur.

Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar