SON XƏBƏRLƏR

Süngün mis mədəni işçilərinin etirazı nəticə verdi-VİDEO

2021.10.20, 07:36
Süngün mis mədəni işçilərinin etirazı nəticə verdi-VİDEO

Gunaz.tv

Oktyabrın 7-i gecə saatlarında, keçirdirləri aksiya nisbi nəticə verən işçilər şənlik ediblər.

 İşçilər mis mədəninin rəhbərliyi ilə danışıqlara gedən nümayəndələrinin olduğu avtobusu qarşılayaraq havayı fişənglər atıb və şənlik mərasimi keçiriblər.

İşçilər və onların mədən məsulları iə danışıqlarda iştirak edən nümayəndələri problemlərinin həlli, əmək haqlarının qaldırılması və bərabərləşdirilməsi ilə bağlı vədlərin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil aksiyasına başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, Süngün mis mədənində çalışan 500-ə yaxın işçi dözülməz iş şəraiti, əmək haqlarının aşağı olması, əmək təhlükəsizliyinin qorunmaması və digər problemlərlə bağlı oktyabrın 5-dən tətil aksiyasına başlamışdılar.  

Mədəndə işləyən və tətil aksiyasına qoşulan 500 işçi müxtəlif podratçı şirkətlər, o cümlədən “Acin”, “Neda”, “Mobin”, “Noavəran” və “Zohəl” şirkətləri vasitəsilə işə cəlb olunublar.

Bu işçilərin bir çoxu 15-20 il müddətinə mədəndə işləmələrinə baxmayaraq 3 aylıq müqavilələr əsasında işlədilir və daima işlərini itirmək təhlükəsi ilə üzləşirlər.

Onlar qısa müddətli müqavilələrlə çalışdıqları və iş təminatlarının olmadığı üçün ən aşağı əmək haqqı alır, başqa imkanlardan və siğorta xidmətlərindən istifadə edə bilmirlər.

Bu günə qədər mədəndə işləyən işçilərin ortalama aylıq əmək haqları 5-7 milyon tümən arasındadır.

Son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılırlar.  

C.E


Mədən işçilərinin aksiyası ilə bağlı təbrizli rəssam və karikaturaçı Elnaz Xakzadın rəsmi.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar