SON XƏBƏRLƏR

"Zəngəzur dəhlizinin açılmasına bu ölkələr mane olur" – Ekspert- VİDEO

2021.11.04, 12:07
"Zəngəzur dəhlizinin açılmasına bu ölkələr mane olur" – Ekspert- VİDEO

Gunaz.tv

Bunu Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.

QAFSAM sədri bildirib ki, bundan sonra Türkiyə və Azərbaycan əlaqələrini gözləniləndən və arzu ediləndən daha çox irəli səviyyələrə daşımaq lazımdır: “İki qardaş ölkə arasındakı əlaqələri duyğusal müstəvidən daha real zəminlərə, müstəvilərə daşımaq indiki mərhələdə olduqca önəmlidir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, altı ölkənin “3+3” formatında görüşlərinin gerçəkləşməsi və ya həmin görüşlərdən hər hansı nəticə əldə olunması mümkün deyil. Çünki İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına, Türkiyə-Azərbaycan əlaqələrinin daha üst səviyyələrə daşınmasına qarşı çıxırlar. Onlar bunu açıq şəkildə büruzə verirlər. Buraya Gürcüstan amilini də əlavə etmək lazımdır.

Ona görə ki, Zəngəzur dəhlizinin açılması Gürcüstanı da narahat edir".

Hasan Oktayın fikrincə, rəsmi Tiflis də Gürcüstan üzərindən nəqliyyat və daşınma aktivliyinin Zəngəzur dəhlizi üzərinə keçməsini istəmir: "Beləliklə, Cənubi Qafqazdakı prosesləri ilk baxışdan hər kəsin dəstəklədiyi görünəcək. Fəqət, elə həmin ölkələr buna qarşı çıxacaqlar. Beləliklə, önünmüzdəki günlərdə yenidən Qarabağın “statusu” məsələsi “gündəmə” gətiriləcək. 

Eləcə də Zəngəzur dəhlizinin açılması məsələsi müzakirəyə çıxarılacaq. Bütün bu maneələri aşmaq üçün Azərbaycan-Türkiyə-Ermənistan əlaqələrini ayrı bir müstəvidə dəyərləndirmək lazımdır. Bundan sonra proseslərin normallaşması bu üç ölkə arasındakı əlaqələri ən üst səviyyəyə daşımaqdan keçir”. (publika.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar