SON XƏBƏRLƏR

Zənganın 28 tarixi əsəri milli əsərlər siyahısında qeydə alınıb

2022.04.12, 13:43
Zənganın 28 tarixi əsəri milli əsərlər siyahısında qeydə alınıb

Gunaz.tv

O, qeydə alınan əsərlər arasında 5 qeyri-maddi mədəni irs əsəri, 9 daşınan, 9 daşınmaz, 3 təbiət abidəsi əsərinin olduğunu və iki tarixi məkanın sahəsinin müəyyən edildiyini deyib.

Ərcməndin sözlərinə görə, Zəngan, Tarım, Mahnişan, Gülabır, İcrud şəhərlərində olan tarixi hamam, kəhriz, tarixi məkan və kurqanlar qeydiyyata alınıb.

Bununla da əyalətdə qeydə alınmış əsərlərin ümumi sayı 904-ə çatıb. Onlardan 785-i daşınmaz irs siyahısına, 39-u mədəni irs siyahısına, 61-ı qeyri-maddi irs siyahısına, 18-i isə təbii irs siyahısına daxildir.

Qeyd edək ki, Zəngan əyalətinin tarixi Sultaniyyə abidəsi bundan öncə YUNESKO-nun ümumdünya irsi siyahısına salınıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar