SON XƏBƏRLƏR

Zənganın ən böyük bəndində su ehtiyatı tükənir

2022.04.17, 11:11
Zənganın ən böyük bəndində su ehtiyatı tükənir

Gunaz.tv

Zəngan əyalətinin Regional Su Şirkətinin başçısı İsmayıl Əfşari mediaya verdiyi açıqlamada əyalətin ən böyük bəndi olan Təhəm su anbarının 50%-nın boş olduğunu deyib.

O, hazırda əyalətdə su çatışmazlığı olduğunu söyləyərək, ötən ilin oxşar dövrünə nisbətdə bəndlərdə suyun azaldığını qeyd edib.

Təhəm bəndinin Zəngan şəhəri və ətraf kəndlərin içməli su, əkinçilik və sənaye ehtiyaclarının təminində əsas rol oynadığını deyən Əfşari yaxın gələcəkdə su böhranının dərinləşəcəyi barədə yenidən xəbərdarlıq edib.

Tanınmış tədqiqatçı və Urmu Universitetinin elmi heyətinin üzvü Nasir Ağ Urmu gölü və ümumiyyətlə ölkədə yaşanan su böhranı ilə bağlı verdiyi açıqlamada əsas problemin yanlış idarəetmə üsulunda olduğunu deyib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar