SON XƏBƏRLƏR

Zəngan Universitetinin bir qrup müəllimi ölkədə baş verən etirazlarla bağlı bəyanat yaydı

2022.10.10, 10:21
Zəngan Universitetinin bir qrup müəllimi ölkədə baş verən etirazlarla bağlı bəyanat yaydı

Gunaz.tv

Zəngan Universitetinin bir qrup müəllimi yeni təhsil ilinin başlamasını öyrənci və şagirdlərə təbrik edib.

Onlar Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən kədərləndiklərini, bunun müstəqil və tərəfsiz heyət tərəfindən araşdırılmasının vacibliyini bildiriblər.

67 müəllimin imzaladığı bəyanatda ölkədə son günlər baş verən etirazlar zamanı xüsusilə qız və qadınlara qarşı ləyaqətsiz davranışlar pislənilib.

"Zənganlı öyrəncilərlə birlikdə həmvətənlərimizə qarşı zorakılıq və repressiyaları pisləyir, məsulların xalqın səsini eşidəcəklərini və etirazlara səbəb olan problemlərin həll olunacağına ümid edirik",-deyə, bəyanat müəllifləri yazıblar.

Onlar öyrəncilərin ədalətsizliyə qarşı etirazlarını onların azadlıq və həqiqət məsələlərində əxlaqi və mənəvi öhdəliklərindən irəli gəldiyini deyib, repressiyalar qarşısında səssiz qalan müəllimlərin hərəkətlərinin utandırıcı olduğunu qeyd ediblər.

Qeyd edək ki, son etiraz aksiyalarında Zəngan əhalisi və öyrəncilər aktiv şəkildə iştirak etdiklərinə görə şiddətli repressiyalara məruz qalıblar.

3 zənganlı hökumət məmurları tərəfindən öldürülüb, yüzlərlə etirazçı və öyrənci həbs edilib.

Güney Azərbaycan əyalətləri və şəhərləri içində son 24 gündə baş verən kütləvi nümayişlərdə aktivliyinə görə Zəngan xüsusilə fərqlənir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar