SON XƏBƏRLƏR

Zəngan əyalətinə yeni vali təyin olunub

2021.10.20, 07:36
Zəngan əyalətinə yeni vali təyin olunub

Gunaz.tv

Zənganın yeni valisi Möhsün Əfşarçı təyin edilib. O, 1970-ci ildə Zəngan şəhərində anadan olub. 

M.Əfşarçı Kanadada təhsil alıb. O, Kalqari Universitetində Kompüter Mühəndisliyi - Süni Zəka üzrə doktorluq dərəcəsi, İran Elm və Texnologiya Universitetində Kompüter Mühəndisliyi üzrə magistr dərəcəsi və İsfahan Universitetində Kompüter Mühəndisliyi - Avadanlıq üzrə bakalavr dərəcəsi aıb.

O, bundan öncə 2010-2014-cü illərdə Zəngan Universitetinin rektoru, 2007-2010-cu illərdə isə Zəngan Universitetinin Mühəndislik fakültəsinin dekanı vəzifəsində çalışıb.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar