SON XƏBƏRLƏR

Zənganda yerli xeyriyyəçilər 33 kəndin içməli su probleminin həllini öhdəliyə götürüb

2021.12.29, 12:14
Zənganda yerli xeyriyyəçilər 33 kəndin içməli su probleminin həllini öhdəliyə götürüb

Gunaz.tv

O, mediaya verdiyi açıqlamada deyib ki, yerli xeyriyyəçilər 18 layihə əsasında 33 kəndin içməli su probleminin həllini öhdəliyə götürüb.

Əlirza Cüz Qasimi deyib ki, iş adamları layihənin icrası üçün lazım olan bütün texniki avadanlıqların alınması, quraşdırılmasını həyata keçirib və başqa xərcləri təmin ediblər.

“Bu Zənganın 33 kəndində uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkən 6566 nəfərin probleminin bir dəfəlik həll olunmasına səbəb oldu”-deyə, Su və Kanalizasiya Şirkətinin başçısı bildirib.

Əlirza Cüz Qasiminin sözlərinə görə, Başqışlaq, Qozlu, Qara çaryan, Paşa çay, Qaragöl, Kəpəz və başqa onlarla kəndin su təminatının ödənilməsi üçün xeyriyyəçilər ilk mərhələdə 5 milyard tümən vəsait ödəyiblər.

Qeyd edək ki, uzun illərdir Güney Azərbaycan əyalətlərində bir sıra sahələrə, o cümlədən təhsil sahəsinə yetərli vəsait ayrılmadığı üçün problemin çox hissəsi azərbaycanlı xeyriyyəçilərin şəxsi hesabına həll olunur.

Bunu təhsil və səhiyyə sahəsində sınaqdan keçirən hökumət, son vaxtlar su çatışmazlığı məsələsini də azərbaycanlı xeyriyyəçilərin vəsaiti hesabına həll etmək qərarına gəlib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar