SON XƏBƏRLƏR

Zənganda demoqrafik problem: Boşanma halları kəskin artıb

2021.12.23, 09:59
Zənganda demoqrafik problem: Boşanma halları kəskin artıb

Gunaz.tv

"Əyalətdə cəmiyyətin qocalma, gənclərin azalma prosesi gedir. Əhalidən uşaq dünyaya gətirmək məsələsini ciddiyə almalarını istəyirik”-deyə, Qeydiyyat İdarəsinin başçısı bildirib. 

Bununla yanaşı İran parlamentinin Cəmiyyətin Gəncləşdirmə Planı və Ailələrə Dəstək üzrə Birgə Komissiyanın başçısı Əmirhüseyn Bankipur ölkədə cəmiyyətin sürətlə qocaldığını deyib, hər ailənin ən azı 3-4 uşaq dünyaya gəritməli olduğunu qeyd edib. 

“Hələlik çoxları bunun fərqində deyil. Cəmiyyətin qocalma prosesi belə davam edərsə bu böhrandan çıxmaq üçün 150 il zaman lazım olacaq”-deyə, Bankipur xəbərdarlıq edib. 

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma, ayrılan ailələrin sayında isə çoxalma qeydə alınır. 

Gənclər iş təminatları olmadığı üçün ailə qurmaqdan imtina edir. Ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər. 

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər ölkədə cəmiyyətin qocalma prosesinin sürətləndiyi barədə xəbərdarlıq edib, gənclərin ailə qurmaları üçün dövlətin istimullaşdırıcı addımlar atmasını istəyiblər. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar