SON XƏBƏRLƏR

Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2022.01.18, 10:50
Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb-Hökumət pul ayırmır

Gunaz.tv

 Əsgər İsmaili bildirib ki, əhəmiyyətli Əbhər-Xudabəndə yolun tikintisinin davam etdilməsi üçün maliyyə vəsaiti ayrılmayıb.

O, layihəyə davam etdirilməsi üçün 250 milyard tümən vəsaitin hökumət tərəfindən ödənilmədiyidini bildirib.

 Əsgər İsmaili Əbhər-Xudabəndə yolun tikintisinin birinci mərhələsinin yalnız 20%-ının işləndiyini, qalan işlərin dayandırıldığını söyləyib.

O, iki şəhər arasında çəkilməsi nəzərdə tutulan avtomagistralın əyalətin nəqliyyat sahəsində və bölgə əhalisinin iqtisadi inkişafında əhəmiyyət daşıdığını bildirib.

 İsmaili ümid etdiyini bildirib ki, layihənin icrasının davam etdirilməsi üçün nəzərdə tutulan vəsait ödəniləcək.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar