SON XƏBƏRLƏR

Zənganda iki məhkum edam edilib

2022.06.14, 06:31
Zənganda iki məhkum edam edilib

Gunaz.tv

Edam edilənlərin birinin Həmədandan, digərinin isə Şərqi Azərbaycanın Sərəskənd (Həştrud) şəhərindən olduğu bildirilir.

Turəc Keşavərz və Əli Səmədərnejad adlı məhkumlar dar ağacından asılıb.

Zəngan zindanında saxlanılan daha iki məhkum edam qabağı təkadamlıq kameraya köçürülüb.

Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyası Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında qətldə ittiham olunan Məhəmmədvəli Rigi adlı məhkumun edam edildiyini bildirib.

Məlumatda habelə Ciroft şəhərində qəsdən adamöldürmədə günahlandırılan 40 yaşlı etnik bəluç Məhəmməd Hicvanın edam edildiyi qeyd olunur. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar