SON XƏBƏRLƏR

Zənganda koronavirus statistikası təhrif olunur

2021.12.08, 09:45
Zənganda koronavirus statistikası təhrif olunur

Gunaz.tv

Bu barədə Zəngan əyalətinin valisi Koronavirusa qarşı Mübarizə Qərargahının toplantısında çıxışı zamanı bildirib.

O, əyalətin tarım və Xurrəmdərə bölgələrində koronovirusa yoluxma halların çox və nigəran edici səviyyədə olduğunu deyib. 

Vali yerli məsullar və bölgə başçılarının bunun qarşısının alınması üçün tədbirlər görməli olduqlarını qeyd edib və yoluxma sayı ilə bağlı rəqəmlərin dəyişdirilməməsini, əhaliyə verilən statistikada təhrifə yol verilməməsini istəyib. 

Əfşarçı dəqiq rəqəm bildirmədən əyalətin qeyd olunan bölgələrində xüsusilə məktəblilər arasında yoluxma hallarının çoxalmasından nigəranlığını ifadə edib və əlaqədar qurumları karantin şərtlərinin tətbiqində diqqətli olmağa çağırıb. 

Qeyd edək ki, bir sıra əyalətlərdə, o cümlədən Zənganda koronovirusa yoluxma və ölüm hallarının təhrif olunaraq yalan statistika yayılması dəfələrlə müzakirələrə səbəb olub. 

Iran üzrə koronovirusun ən çox yayıldığı dönəmlərdə belə Zənganda yoluxma və ölüm sayının mümkün qədər az göstərilməsi Zəngan Tibb Elmləri Universiteti və Koronavirusa Qarşı Mübarizə Qərargahının tənqid olunmasına səbəb olub. 

Son günlər Zənganla qonşu əyaklətlərdə yoluxma halları yüzlərlə olduğu halda Zəngan Tibb Elmləri Universiteti əyalətdə yoluxma sayını tək rəqəmli olaraq göstərir. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar