Zənganda məktəb binaları çatışmır

29.04.2022, 15:39

Zəngan əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Cahangir Səfəri əyalətin bir çox bölgələrində məktəb binalarının çatışmadığını deyib.

Gunaz.tv Quote | Gunaz article

O, Təhsil Nazirliyi, Planlaşdırma və İdarəetmə Təşkilatı və Yol və Şəhərsalma İdarəsinin birgə əmkdaşlığı ilə cari təhsil ili üçün Zəngan şəhərində 63 məktəbin tikintisinin razılaşdırılmasına baxmayaraq heç bir iş görülmədiyini söyləyib.

“Nəzərdə tutulan məktəblərin tikintisi üçün yalnız Planlaşdırma və İdarəetmə Təşkilatı qismən öz vədini yerinə yetirib. Ancaq Təhsil Nazirliyi və Yol və Şəhərsalma İdarəsi problemin həlli ilə bağlı heç bir addım atmayıb, nəzərdə tutulan vəsaiti ödəməyiblər”-deyə, Səfəri bildirib.

Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı xüsusilə sonradan tikilən qəsəbə və yaşayış yerlərində məktəb tikintisinə əhəmiyyət verilmədiyini və bunun təhsil sahəsinə diqqətsizliyin nümunəsi olduğunu qeyd edib.

Qeyd edək ki, son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18