SON XƏBƏRLƏR

Zənganda nadir maral növlərinin nəsli tükənmək üzrədir

2021.11.18, 10:14
Zənganda nadir maral növlərinin nəsli tükənmək üzrədir

Gunaz.tv

Əyalətin ekoloqları və Ətraf Mühitin Mühafizəsi İdarəsi əməkdaşlarının Söhreyin düzündə apardıqları son araşdırmanın nəticəsi belə deməyə əsas verir.

Ötən ilin noyabr ayında aparılan statistikada maralların sayı 1360 baş göstərilirdi. İndi onların sayı 850 başa qədər azalıb.

Mütəxəssislər müvafiq tədbirlər görülməsə, İranın şimal qərbində maral sığınacağı kimi tanınan bölgədə bu heyvan növünün tamamilə yoxa çıxacağını bildirir.

Ekspertlər hesab edir ki, maralların sayının azalması qanunsuz ov halların artması, sənaye müəssisələrin qaydasız tikintisi, iqlim dəyişikliyi və quraqlıqla bağlıdır. 

Hesab edilir ki, əlaqədar qurumların qeyri-peşəkar və laqeyd fəaliyyəti də problemin böyüməsində əhəmiyyətli rol oynayıb. 

Bundan öncə 2013-cü ildə aparılan statistikada Güney Azərbaycanda ən çox maralın yaşadığı Söhreyin yasaqlığında 1500 baş maral qeydə alınmışdı.

Növbəti ildə aparılan sayımda bir il müddətində maraların sayının 14; azaldığı qeydə alınmış və bu azalma bu günə kimi davam etməkdədir.

Qeyd edək ki, Zənganın iki əsas yasaqlığında adı çəkilən qursaqlı marallarla yanaşı onlarla heyvan növü yaşadığı üçün bura ovçuların və qanunsuz heyvan qaçaqmalçılarının hədəfində olub.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar