SON XƏBƏRLƏR

Zənganda 180 tibb bacısı işdən qovulub

2022.08.29, 09:22
Zənganda 180 tibb bacısı işdən qovulub

Gunaz.tv

Zəngan Tibb Universitetindən verilən açıqlamada bu koronovirus pandemiyası dövrü müvəqqəti işə götürmə barədə müqavilələrin vaxtının bitməsi ilə əlaqələndirilib.

İşdən çıxarılan tibb bacılarının adının çəkilməsini istəməyən nümayəndə sosial media fəallarına verdiyi açıqlamada koronovirus dövrü bağlanan müqavilələrdə onların aldadıldıqlarını deyib.

Onun sözlərinə görə, iki il ağır şərayitdə işləyən tibb bacılarına pandemiya bitdikdən sonra daimi işə götürüləcəkləri ilə bağlı verilən vəd yerinə yetirimir.

Bundan öncə iyul ayında oxşar problemlə bağlı bir neçə dəfə etiraz aksiyası keçirən zənganlı tibb bacıları onlarla müvəqqəti müqavilələr bağlandığını, artıq işləmələrinə baxmayaraq nəzərdə tutulan hüquqlarının təmin olunmadığını və davamlı işləmələrinə təminat verilmədiyini bildiriblər.

Qeyd edək ki, bir müddət bundan öncə İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Mirzabeygi mediaya verdiyi açıqlamada koronavirus pandemiyasının səngiməsindən keçən qısa müddət ərzində ölkədə 5 min tibb bacısının idən çıxarıldığını bildirib.

İran Tibb İşçiləri Birliyinin başçısı Məhəmməd Şərifi Müqəddəmin dediyinə görə, dünya ölkələrində pandemiya səbəbindən daha çox tibb işçisi, tibb bacısı işə cəlb olunduğu, əmək haqlarının qaldırıldığı zaman, bu İranda tam tərsinə olub və çox sayda tibb bacısı ölkədən çıxıb.

“Beynəlxalq standarta görə, hər 1000 nəfərə ortalama beş-altı tibb bacısı, ən az halda isə 3 tibb bacısı lazımdır. Son statistikaya görə, hazırda İranda hər 1000 nəfərə 1,6 tibb bacısı düşür ki, bu da dünyada nəzərdə tutulan minimumdan da azdır”-deyə, İran Tibb İşçiləri Birliyinin başçısı bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar