SON XƏBƏRLƏR

Zənganda təqaüdçülərin etiraz aksiyası keçirilib-VİDEO

2022.06.01, 07:13
Zənganda təqaüdçülərin etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

Əyalətin İdarəetmə və Planlaşdırma İdarəsinin qarşısına toplaşan narazılar əmək təqaüdlərinin miqdarının aşağı olması və hüquqlarının bərabərləşdirilməməsinə etiraz ediblər.

“Təqaüdçü ölər, zilləti qəbul etməz” şüarları səsləndirən etirazçılar bundan öncə onlara təqaüdlərin bərabərləşdirilməsi və artırılması ilə bağlı verilən sözün yerinə yetirilmədiyindən narazılıqlarını bildiriblər.

İnflyasiyanın artdığını, bütün mallların qiymətinin kəskin bahalaşdığını söyləyən narazılar gəlirlərinin xərclərinə uyğun olmadığını qeyd ediblər.

Təqaüdçü fəallarından olan Hüseyn Qulami məsələ ilə bağlı verdiyi açıqlamada ölkədə inflyasiya səviyyəsinin ən azı 71% olduğu halda gəlirlərin 10% artırılmasının nəzərdə tutulduğunu məntiqsiz adlandırıb. 

Qeyd edək ki, eyni gündə Təbrizdə də təqaüdçülər oxşar istəklərlə etiraz aksiyası keçiriblər.

Timur
 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar