SON XƏBƏRLƏR

Zənganda tibb ocaqları çatışmır

2021.10.20, 07:36
Zənganda tibb ocaqları çatışmır

Gunaz.tv

Bölgədə tibb ocaqlarının çatışmazlığının aradan qaldırılması üçün vacib layihələrdən olan “Qaydar” xəstəxanasının təməlatma mərasiminin 2017-ci ildə keçirilməsinə baxmayaraq, bu günə kimi tikintidə yalnız 40% irəliləyiş qeydə alınıb. 

Bundan öncə 2017-ci ildə xəstəxananın tikintisi ilə bağlı mətbuata açıqlama verən Xudabəndə mahalının İran parlamentindəki nümayəndəsi Əhməd Beygli layihənin 2 il müddətinə başa çatacağını bildirmişdi.

Təməlatma mərasiminin üstündən 4 il keçməsinə baxmayaraq Xudabəndə mahalının fərmandarı Əyyub Beygdili mətbuata verdiyi açıqlamada xəstəxananın yalnız maketinin qurulması və beton tökmə işlərinin yalnız bir hissəsinin görüldüyünü bildirib.

O, vəsait ayrılacağı təqdirdə 3 il müddətində layihənin başa çatacağını və xəstəxananın əhalinin istifadəsinə veriləcəyini söyləyib.

Hazırda Zəngan əyalətində adam başına düşən çarpayı sayı standartlara uyğun deyil və ölkə ortalamasından aşağıdır.

C.E 
 

۱۵۲ شعبه اخذ رای در شهرستان خدابنده پیش بینی شده است - ایرنا

Xudabəndənin fərmandarı Əyyub Beygdili

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar