SON XƏBƏRLƏR

Zənganlı hüquq müdafiəsi Nərgiz Məhəmmədiyə yenidən həbs cəzası verildi

2022.10.10, 09:05
Zənganlı hüquq müdafiəsi Nərgiz Məhəmmədiyə yenidən həbs cəzası verildi

Gunaz.tv

Mustafa Nili deyir ki, müdafiə etdiyi şəxs İnqilab Məhkəməsi tərəfindən 15 aylıq həbsə və şəhərlərin yaşayış olmayan ərazilərini zibildən təmizləmək cəzasına məhkum edilib.

Onun dediyinə görə, oktyabrın 9-da İnqilab Məhkəməsinin 26-cı bölməsi Nərgiz Məhəmmədi barədə qaldırılan "hökumətə qarşı təbliğat" ittihamına görə, onun barəsində daha 15 ay həbs cəzası barədə qərar çıxarıb.

Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili müvəkkilinin etiraz əlaməti olaraq məhkəmə iclasına qatılmadığı və onun barəsində qiyabı hökm oxunduğunu yazıb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar