SON XƏBƏRLƏR

"İngilis deputatlar Azərbaycana qarşı sanksiya tələbini qəbul etmədilər"-Millət vəkili

2022.03.03, 09:58
"İngilis deputatlar Azərbaycana qarşı sanksiya tələbini qəbul etmədilər"-Millət vəkili

Gunaz.tv

Bu sözləri britaniyalı deputatın Azərbaycana qarşı sanksiya tələbi haqqında danışan Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının bütün dövlətlərin, o cümlədən Ukraynanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü bütün beynəlxalq platformalarda daim dəstəklədiyi bir daha diqqətə çatdırılıb:

"Müharibə başlamazdan bir ay əvvəl ölkə başçımızın Ukraynaya səfərini xatırladaraq ölkələrimiz arasında münasibətlərin çoxşaxəli olduğunu və strateji xarakter daşıdığını diqqətə çatdırmışıq. 

Müharibə başlayandan sonra Ukraynaya humanitar yardımların göstərilməsi və eləcə də iki ölkə arasında danışıqlara başlamaq üçün Azərbaycanın vasitəçilik təklifi və səyləri haqqında kifayət qədər məlumat vermişik. Britaniyalı həmkarlarımız deputatın səsləndirdiyi fikirlərin subyektiv xarakter daşıdığını və mütləq əksəriyyətin bu fikirlə razılaşmadığını qeyd ediblər".

Cavanşir Feyziyev vurğulayıb ki, beynəlxalq münaqişələrin həlli ilə bağlı Azərbaycanın mövqeyi həmişə şəffaf olub və bu mövqe BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanır:

“Azərbaycanın mövqeyi ilə bağlı Böyük Britaniya hökumətində kifayət qədər dəqiq məlumatlar var. Bu məlumatlar diplomatik kanallar və müxtəlif səviyyələrdə mövcud olan bütün qarşılıqlı əlaqələr vasitəsilə daim çatdırılır. 

Ona görə belə əsassız bəyanatlar ölkələrimiz arasında uzun müddət ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə bilməz”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar