"SEPAH-da məndən məcburi etiraf aldılar"- İngiltərə vətəndaşı

24.05.2022, 11:57

Tehranın Evin zindanında 6 il həbsdə qalan və bir müddət öncə azadlığa buraxılaraq İngiltərəyə qayıdan Nazənin Zağəri SEPAH-da ondan zorla ifadə alındığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

"SEPAH məmurları casusluq etdiyim barədə özlərinin tərtib etdikləri etiraf mətnini mənə verdilər və onu imzaladıqdan sonra azadlığa buraxılacağımı dedilər”-deyə, Zağəri BBC radiosunun ingiliscə bölməsinə verdiyi açıqlamada bildirib.

O, SEPAH və təhlükəsizlik məmurlarının ondan məcburi etiraflar almaq prosesindən çəkiliş etdiklərini və o kadrları təbliğat vasitəsi kimi istifadə üçün bir gün yayacaqlarını söyləyib.

Nazənin Zağəri ondan məcburi etiraflar alındığı barədə Britaniya hökumətinə məlumat verdiyi halda Londonun bununla bağlı İran hökumətinə qarşı məsələ qaldırmamasını tənqid edib.

Qeyd edək ki, İran-Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ilin mart ayında İranda yaşayan ailəsini görmək üçün bu ölkəyə səfər etdiyi zaman İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları tərəfindən casusluq ittihamı ilə həbs edilmişdi.

O, 6 il zindanda saxlanıldıqdan sonra 2022-ci ilim mart ayının 16-da azadlığa buraxılaraq Britaniyaya qayıdıb.

Sözügedən Britaniya-İran vətəndaşlarının Məhəmmədrza Şah Pəhləvi dövründə İngiltərənin “Çiftayn” tanklarının alınmasına görə İrana olan 520 milyon dollar borcunun ödənilməsi ilə bağlı danışıqların müqabilində sərbəst buraxıldığı bildirilir.

İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölklərin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış jurnalist Məsud Bastani prokurorluğa çağırılıb

2022-07-05

gun az article

İranlı fəallardan Belçika hökumətinə çağırış: "İran terrorçularını bağışlamayın"

2022-07-05

gun az article

İran Rusiya mallarını şimaldan cənuba tranzıt edəcək

2022-07-05

gun az article

Fransa vətəndaşlarına İrana səfərlə bağlı yenidən xəbərdarlıq edib

2022-07-05

gun az article

Azərbaycan və Britaniya nümayəndə heyətləri görüşdü

2022-07-05

gun az article

İtaliyada fövqəladə vəziyyət elan olundu

2022-07-05

gun az article

Səfir: "Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib"

2022-07-05

gun az article

İranlıların iraqlılar tərəfindən zorlanmasını ictimailəşdirən şəxs həbs olunub

2022-07-05

gun az article

Fars əyaləti valisinin su qıtlığı və hicabla bağlı çıxışı narazılıq doğurdu

2022-07-05

gun az article

SEPAH mediası Azərbaycanı ballistik raketlə təhdid etdi

2022-07-05

gun az article

Ərbil hava limanı İran təyyarəsinin enişinə icazə verməyib

2022-07-05

gun az article

Azərbaycanın xarici işlər naziri İran Prezidenti ilə görüşüb

2022-07-04

gun az article

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

2022-07-04

gun az article

İranda məhkum sayı kəskin artıb

2022-07-04

gun az article

Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib

2022-07-04

gun az article

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

2022-07-04

gun az article

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

2022-07-04

gun az article

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair sənəd sabah imzalanacaq

2022-07-04

gun az article

"İran Suriyada qətliam törədib"-Rəfsancaninin qızı

2022-07-04

gun az article

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

2022-07-04