SON XƏBƏRLƏR

Nikki Haley: “İran, bölgədə sabitliyin pozulmasının əsas səbəbkarıdır”

2021.10.20, 07:36
Nikki Haley: “İran, bölgədə sabitliyin pozulmasının əsas səbəbkarıdır”

Gunaz.tv

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, yanvarın 18-də Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı keçirilən iclasında çıxış edərək, İranın regionun sülh və sabitliyinə qarşı yürütdüyü müdaxiləçi siyasətindən danışıb.

 

Haley bildirib ki, hazırda öz kütləvi qırğın silahları ilə dünyanı təhdid edən rejimlər, təhlükəsizlik məsələləri ilə bağlı ortaya çıxan bütün problemlərin mənşəyi sayılırlar: “Bu rejimlər, öz vətəndaşlarının insani hüquqlarını pozur, onların əsas azadlıqlarını məhdudlaşdırır, regional sabitsizliyə rəvac verirlər. Belə rejimlər, terrorçu qruplaşmalara yardım edir, regionda baş verən münaqişələrin yayılmasına şərait yaradırlar. Sonunda isə həmin münaqişələr onların öz sərhədlərinə qədər gəlib çıxır.

 

Bu gün, İran hakimiyyəti dünyanın ən qeyri-sabit bölgəsi sayılan Orta Şərqdə, sülh və sabitliyin pozulmasının əsas  səbəbkarıdır. Tehran rejimi, terrorçu qruplaşmaları, başqaları tərəfindən bölgədə vuruşan yaraqlı dəstələri və cinayətkar Əsəd hakimiyyətini dəstəkləyir. Bu rejim, BMT-nin silahlanmaya qarşı qoyduğu sanksiya və qadağaları pozaraq, ballistik raketlər istehsal edir, husilərin əli ilə qeyri-hərbi mövqeləri hədəfə alır.

 

Hamının şahidi olduğu kimi, husi yaraqlılları bir neçə vaxt əvvəl İranın isehsal etdiyi həmin raketlərdən birini Ər-Riyaddın bir hava limanına atdılar. İran rejimi, BMT-nin qoyduğu qadağaları dəfələrlə pozub və bunu təkrar etməklə bir daha göstərib ki, o, bizim etimadımıza layiq bir ölkə deyil”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar