SON XƏBƏRLƏR

Nikki Haley: “İranın ədliyyə nazirinin BMT-nin İnsan Hüquqları Şurasının toplantısına qatılması böyük rüsvayçılıqdır”

2021.10.20, 07:36
Nikki Haley: “İranın ədliyyə nazirinin BMT-nin İnsan Hüquqları Şurasının toplantısına qatılması böyük rüsvayçılıqdır”

Gunaz.tv

GünAzTV: ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, fevralın 26-da bəyanat yayaraq, İranın ədliyyə naziri Əlirza Avayinin BMT-nin Cenevredə keçirilən İnsan hüquqları Şurasının 37-ci sessiyasına qatılmasına kəskin etiraz bildirib.

 

Bəyanatda bildirilir ki, BMT-nin İnsan Hüquqları Şurası, Əlirza Avayinin İranda insan hüquqlarının pozulmasında oynadığı rolunu və onun bununla bağlı keçmiş stajını nəzərə almadan, onu bu toplantıya dəvət etməsi və ona həmin şurada çıxış etməyə icazə verməsi, böyük rüsvayçılıqdır: “Hesab edirəm ki, BMT-nin İnsan Hüquqları Şurası bu əməlinə görə utanıb xəcalət çəkməlidir. Çünki, İranın ədliyyə naziri Əlirza Avayi, müxtəlif postlarda çalışdığı illər ərzində, onun İranda söz və ifadə azadlığına qadağa qoyulmasında, dinc müxaliflərə qarşı tətbiq edilən repressialar və zorakılıqlarda, eləcə də ölkədə həyata keçirilən qanunsuz edamlarda birbaşa əli olub. Bu isə onu, İranda insan hüquqlarını açıq-aşkar pozan rəsmilərdən birinə çevirib.

 

BMT-nin İnsan Hüquqları Şurasının bu əməli, yəni belə bir şəxsi çıxış etmək üçün şuraya dəvət etməsi, düşünürəm ki, insan haqlarının qorunması uğrunda aparılan fəaliyyətləri açıq-aşkar məsxərəyə qoymaqdan başqa bir şey deyil. Bu isə qəbuledilməzdir”.

 

Qeyd edək ki, 1988-ci ildə (1367-ci il) Dezfulun inqilab prokuroru vəzifəsində çalışan Əlirza Avayi, o vaxtkı dini lider, axund Ruhullah Xomeyninin göstərişi ilə ölkə zindanlarında siyasi məhbusların kütləvi qırğınında birbaşa rolu olub. O, həmin vaxt, Xuzistan əyalətində dinc müxaliflərin və siyasi məhbusların kütləvi edamını təşkil edən və özbaşına olaraq həyata keçirən “Ölüm komitəsi”nin mühüm üzvlərindən biri olub.

 

                                           İranın ədliyyə naziri Əlirza Avayi

 

Xatırladaq ki, Əlirza Avayi, İranda həyata keçirilən repressiyalarda, kütləvi edamlarda və insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa iştirak etdiyinə görə, İranın daha 29 rəsmisi ilə birlikdə, 2011-ci ildə Avropa Birliyinin barəsində sanksiya qoyduğu şəxslərin siyahısına daxil edilib. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar