SON XƏBƏRLƏR

Nikol Paşinyan Ermənistanın baş naziri seçildi

2021.10.20, 07:36
Nikol Paşinyan Ermənistanın baş naziri seçildi

Gunaz.tv

GünAz TV: Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçilib.

 

Mediada yayılan məlumata görə, “Yelk”, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyalarının vahid namizədi kimi baş nazir postuna irəli sürülən Paşinyan 59 deputatın səsini alıb. 42 deputat isə onu dəstəkləməyib.

 

Ona səs verənlər arasında Respublika Partiyasının üzvləri də var.

 

Qeyd edək ki, mayın 1-də keçirilən birinci turda Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxmışdı.

 

Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar