Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

2021-06-21 10:36

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 132 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

Gunaz.tv Quote | Gunaz article

Bunu “Vətəndaş Razılaşması” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.

O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi açılıb.

Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

Artıq səslərin sayılması başa çatıb. “Vətəndaş Razılaşması” Partiyası 53,92 % səs toplayıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 % səs yığıb. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ 24 rus diplomatının sentyabrın 3-dək ölkəni tərk etmələrini tələb edib

2021-08-02

gun az article

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-Müdafiə Nazirliyi

2021-08-02

gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02