SON XƏBƏRLƏR

BMT-nin iclası çərçivəsində Fransa prezidenti Emanuel Makron İbrahim Rəisi ilə görüşüb

2022.09.21, 05:12
BMT-nin iclası çərçivəsində Fransa prezidenti Emanuel Makron İbrahim Rəisi ilə görüşüb

Gunaz.tv

Bu görüş sentyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində keçirilib və bu, Rəisinin prezidentliyindən sonra Qərb lideri ilə ilk görüşüdür.

Eyni zamanda, Makron və Raisi arasında görüş İran və Qərb dövlətləri arasında nüvə razılaşmasını canlandırmaq üçün aparılan danışıqların tam dalana dirənməsindən sonra baş tutub.

Bu görüşdən əvvəl Makron İran prezidenti ilə “bütün məsələləri” müzakirə edə biləcəyinə ümid etdiyini bildirib.

Bu arada Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxi Cozef Borel Vyana danışıqları ilə bağlı razılığa gəlmək üçün Nyu-yorkda Rəisi ilə görüşün mənasız olduğuna toxunaraq deyib ki, onun fikrincə məsələ ilə bağlı heç bir perspektiv yoxdur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar